2 Noyabr 2020 12:48
5 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tele-aparıcı Xoşqədəm Hidayətqızının “Atəş xətti” verilişindəki fikirlərinə görə onu qınayanlara cavab verib.

Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqramda sözügedən görüntüləri paylaşaraq bu sözləri yazıb:

“Sosial şəbəkələrdə ictimai nüfuzuma xələl gətirmək istəyən bir qrup peyda olub. Yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar. Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır və paylaşıram, izləyin. 26 ildir ki, mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da...

Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram. Bu kampaniyaya sifarişin hardan gəldiyini bilirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmağı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm, muüharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə bağlı açıqlama verəcəm.

Hələlik isə bu ləkələmə, iftira kampanyasını aparanlaradı sözüm: dayanın! Bu günlərdə məni unudun! Hədəfimiz düşmən erməni olsun. İzləyicilərimdən xahiş edirəm ki, bu məqsədli, yalan kampaniyasını aparanlardan şikayət edin!”

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının “Atəş xətti” verilişində səsləndirdiyi “Təkcə öz millətimizin nümayəndələri deyil, Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələri bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşib. Rus, avar, yəhudi, tat və bütün millətlərin şərəf və ləyaqətlə qəhrəmancasına öz topraqları uğrunda savaşması bizim qarşı tərəfdəki düşmən kimi faşist, naşist olmadığımızı göstərir” - fikirləri müzakirə və qınaqlara səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər