Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sevgilisi aktyor Gökhan Alkanla məkanların birində bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, aktrisa axşam yeməyində valideynlərini Gökhan Alkanla tanış edib. Gökhan Alkan məkandan çıxarkən mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Aktyor Nəsrin Cavadzadə ilə xoşbəxt olduğunu açıqlayıb: "Çox xoşbəxtik. Ailəmizlə birlikdə yemək yedik. Yanımızda böyüklərimiz var, baş-başa olan zaman danışarıq".
Nəsrin Cavadzadənin atası isə "Valideyn olaraq qızmızın işinə qarışmırıq. Onların xoşbəxt olması bizim üçün yetərlidir" - deyə qeyd edib.