24 Oktyabr 2014 14:52
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı ilə bağlı etiraf edib.

Teleqraf.com xəbər verir ki, tanınmış rəqqasə “Xəbərsizsiniz?” verilişində maraqlı açılamaları ilə yadda qalıb. O, ikinci dəfə ailə qurduğunu deyib:

“Sənət adamlarına ciddi baxmırlar. Elə bilirlər ki, normal ailə qura bilmərik. Düzdür, yenidən toy etməmişəm. Amma mən neçə ildir ki, ailə qurmuşam. Çox xoşbəxtəm. İki övladım var: qız və oğlan. Heç oğlumu dünyaya gətirəndə onu mediada reklam etmədim. Axşam işdən çıxanda başqaları kimi kafeyə yox, evimə, ailəmin yanına qaçıram. Heç vaxt evə gec getməmişəm. Qızımın 19 yaşı var. Onu gözümdən kənara qoymuram. Hətta xaricdə təhsil almasına da icazə vermədim. Hər zaman ona nələrisə izah edirəm: deyirəm, sən elə olmalısan ki, adına söz deyilməsin. Rəqqasə qızısan. Mən nə qədər söyləsəm ki, düzəm, başqaları kimi pis yollarda deyiləm, sağlam ailəm var, inananlar azdır. Üstümdə “rəqqasə” adı var. Kişinin ayrılmasına səbəbkar qadın olur. Gərək evdə kişi nə deyirsə, razılaşasan, “baş üstə” deyəsən”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər