25 Fevral 2021 13:22
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanadan evə buraxılıb.

Əməkdar artist Teleqraf.com-açıqlamasında səhhətinin qaydaya düşdüyünü deyib: "Səhhətim yaxşıdır, bu gün səhər saatlarında xəstəxanadan evə buraxıldım. Altı-yeddi gün xəstəxanada yatdım. Revmatoid artrit idim, hərəkət edə bilmirdim, xəstəxanaya məni əlil arabasında aparmışdılar.

Professor Sahib Musayev olmasaydı, məni öldürmüşdülər. Məni həyata o qaytardı. Müalicəm ev şəraitində davam edəcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər