Müğənni Nadir Qafarzadə oğlu Loğmanın nişan mərasimindən danışıb.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda canlı yayım açaraq bu sözləri qeyd edib:
"Oğluma görə mənə çoxlu sayda təbriklər ünvanladılar, xoş sözlər yazdılar. Gördüm ki, insanlarımız gözəl sözlər deyə bilirlər. Açığı gözləmirdim, çünki çox vaxt tənqid və təhqirlər olur. Çox sevindim, 99 faiz xoş söz söz yazdır. Həyəcanlıyam, Allah bütün valideynlərə bu gözəl günləri qismət etsin.
Məsuliyyətli, həyəcanlı və sevindirici gündür. Məni heç vaxt pul xoşbəxt etməyib. Xalqımı gözəl və xoşbəxt görəndə xoşbəxt oluram. Pul gəldi-gedərdi. Yetər ki, mehriban olaq".
Qeyd edək ki, ifaçının oğlunun toy mərasimi dekabrda tutacaq.