7 Dekabr 2021 16:27
1 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Ağakərim Novruzovun oğlu Kamil Novruzov şairə Nazilə Səfərlinin ittihamlarına cavab verib.

Kamil Novruzov Teleqraf.com-a açıqlamasında bildirib ki, şairədan hüquq-mühafizə orqanlarına şikayət edib:

"Əlini vicdanına qoysun, düzgün danışsın. Böhtan atmaqla heç nə etmək olmaz. Böhtan atdığına və məni tənqir etdiyinə görə hüquq-mühafizə orqanalarına müraciət etmişəm. Bu mövzu ilə bağlı dırnaqarası vuruşmaq istəmirəm. Hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı məşğul olacaqlar. Xəstəxana sənədləri əlimdədir, maddi gəlirimin haradan gəldiyi bilinir. O xanımın ittihamları əsassızdır".

Qeyd edək ki, şairə Nazilə Səfərli meyxanaçının oğlunu atasına psixotrop iynələri vurdurduğunu və Ağakərim Novruzovdan xəbərsiz bağını 150 minə satdığını iddia edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər