15 Yanvar 2022 17:45
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Murat Bozun aktrisa Damla Sönmez ilə sevgili olduğu iddia edilib.

Teleqraf.com xəbər verir ki, Murat Bozun “O Ses Türkiye" yarışmasının Yeni il çəkilişində aktrisa Damla Sönmezlə yaxınlaşdığı bildirilib.

Etilerdə görüntülənən müğənni aktrisa ilə münasibəti haqqında danışmaq istəməyib. O, media nümayəndələrinə "Təşəkkür edirəm", - deyə cavab verib.

Qeyd edək ki, Murat Boz aktrisa Aslı Enver ilə sevgili olub.


Müəllif: Rəqsanə Həsənova