4 Fevral 2022 17:20
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Sinan Akçıl həyat yoldaşı Burcu Kıratlı ilə boşanma ərəfəsində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, evlilik təməlinin sarsıldığını bildirərək boşanmaq üçün məhkəməyə müraciət edən Sinan Akçıl bu sözləri deyib:

"Türkiyə üçün nümunəvi ayrılıq olacaq. Çünki bir-birimizi çox sevdik. Münasibətimizin bitməsi də belə olmalı idi. Haqqımızda xeyirlisi olsun".

Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlı 2018-ci ilin dekabrında Amsterdamda evlənmişdilər. Doqquz aydan sonra boşanan cütlük 2021-ci ildə təkrar bu qərarı vermişdilər.









Müəllif: Rəqsanə Həsənova