17 Aprel 2022 08:20
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamiləliyi ilə gündəmdə olan Rihannanın aldadıldığı iddialarından sonra müğənninin ayaqqabı dizayneri Əminə Muaddi cəbhəsindən açıqlama gəlib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Əminə sosial media hesabı vasitəsilə Eysap Roki ilə birlikdə olmadıqlarını bildirib:

“Mən həmişə inanmışam ki, sosial mediada yayılan xəbərlər heç bir cavaba və izahata layiq deyil. Xüsusən belə təhqiredici olanları... Əvvəlcə fikirləşdim ki, belə pis niyyətli söz-söhbətə ciddi yanaşmaq olmaz. Amma biz elə bir cəmiyyətdə yaşayırıq ki, insanlar hər şey haqqında çox tez danışırlar...Real olanı da, olmayanı da... Özümü bu açıqlamanı vermək məcburiyyətində hiss etdim, çünki bu, təkcə mənə aid deyil, böyük hörmət və sevgi bəslədiyim insanlara aiddir”.

Rihannanın hamiləliyinə diqqət çəkən Muaddi insan həyatının ən gözəl dövrünün bu cür söz-söhbətlərin yayılmasına mane olmadığını vurğulayıb: “Rih öz sakit, hamiləlik həyatını yaşamağa davam edərkən və mən də işimə qayıdıram”.

Qeyd edək ki, müğənni Rihannanın reperin nişanlısı Eysap Roki ilə xəyanətə görə ayrıldığı iddia olunub. İddialarda Əminə Muaddinin adı çəkilir.


Müəllif: Nərmin