11 May 2022 12:41
4 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova MTV Azərbycan kanalında qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, qızı İlqarə Kazımovadan danışıb: “İlqarə çox istedadlıdır. Onun başqa işlərə həvəsi var. Əsas odur ki, məşğuldur. Desə ki, ana, oxumaq istəyirəm, oxuyacaq”.

Aygün Kazımova duet ortağı Namiq Qaraçuxurlu ilə münasibtindən də söz açıb: “Namiqlə çıxışlarımız Moskvada olur. Duetlərimizi ifa edirik”.

Xalq artisti şəxsi həyatından söz açarkən deyib: “Həyatımda olmaq üçün sədaqətli, cəsarətli olmaq lazımdır. Yaraşıqlı olması vacib deyil. Qəlbi gözəl olsun, sədaqətli olsun. Hələ ki, o səhifəni aça bilmirəm, çünki iş dayanır. Ona görə bu tərəfə yönəlirəm”.


Müəllif: Rəqsanə Həsənova