19 May 2022 14:42
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə maddi dəstək üçün ARB televiziyasında yayımlanan "Səni axtarıram” verilişində müraciət edən əməkdar artist Elza Seyidcahanı qınayanlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Vaxt var idi ki, Şövkət Ələkbərova, Rəşid Behbudov və digər sənətkarlar oxuyanda bəziləri və bir çoxları televizoru söndürərdi. İndi həyatda yoxdular deyə yaman şirin olublar. Son vaxtlar bəziləri özlərini meloman və zövqlü göstərmək üçün keçmiş ifaçıları misal gətirirlər.

Elza Seyidcahan, bir vaxt gələcək səni bəyənməyənlər, sənə rəhmət oxuyacaqlar. Buna əmin ol! Sən savadlı musiqiçi və yaxşı bəstəkarsan. Ey insanlar, bəsdir yaradıcı insanları qırmağınız, sındırmağınız, əzməyiniz. Onsuz da Azərbaycanda barmaqla sayılacaq qədər sənətkar qalıb. Onların qədrini bilək. Cabir Novruzun belə bir sözü var: Sağlığında qiymət verin insanlara..."

Qeyd edək ki, Elza Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər. Elza Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər