Xalq artisti Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində qonaq olub.
Röya Ayxan Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Dostlarımla bir neçə il əvvəl burada olmuşdum. Özüm istədim ki, buraya gəlim. Bir vətəndaş kimi borcumdur. Həm də görüm uşaqlara harada və necə yaşayırlar. Mənim də ailəmdə autizm xəstəsi var, bibim uşaqlarında və nəvələrində. Onların nə qədər əziyyət çəkdiklərini görürəm. Ata-analara güc arzulayıram. Günü-gündən Azərbaycan şaxələnir. Dövlərimiz inkişaf edir, eləcə də siyasət və musiqi sahəsi...Hər şey yaxşı olacaq".
Xalq artisti autizm xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb və onlarla mahnı ifa edib.
Röya Ayxan "Biz mehriban ailəyik" və "Şuşanın dağları" mahnısını ifa edib.
Daha sonra əl işi olan qolbağı götürərək 500 manat civarında ödəniş edib.