Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə MTV Azərbaycan kanalında yayımlanan "Üzə-düz" verilişində açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər veri ki, Gövhər Həsənzadə müğənnilərin restoranlarda çıxışını pisləyib:
"Restoran tipli konsertlər çoxalıb. Bu tip səhnələrdə müğənni adiləşir, öz duruşunu itirir. Onu dinləmirlər. Müğənni tamaşaçını aldada, fonoqrama oxuya bilməz. Çünki fonoqramdan tamaşaçının evində də var, televizorda da izləyə bilir. Bəs, konsertə niyə gəlib?! Son zamanlar konsert məfhumu da dəyişib. Konsert yoxdur, şou var".
Bəstəkar həyat yoldaşının xəyanətindən söz açarkən deyib: "Tez-tez xəyanətlə rastlaşıram. Düşmənin qarşında zəifləsə, kişilikdən deyil ki, bir şapalaq da sən vurasan. Tale onu qarşında elə diz çökdürəcək, deyəcəksən ki, qurban olum sənin qüdrətinə, Allah! Gözəl qadınlar ona görə xəyanətə uğrayır ki, qısqanılırlar. Özlərinə çox güvənirlər, arxayın olurlar. Və ya hər kəsin gözü onda olur, yanındakı insan da bunu görür. O kişi özünü təsdiqləmək üçün xəyanətə yol verir.
Xəyanəti bağışlamadım, zənnimcə, onu heç kim bağışlaya bilməz. Sadəcə məcburiyyətdən yaşayan insanlar var. Rəfiqəmi də bağışlamadım. O insanları reklam etmək istəmirəm. Bu mövzu ilə tarixə yazılmasınlar. Rəfiqədirsə, xəyanət etməyəcək. Xəyanət edibsə, rəfiqə deyilmiş.
Rəfiqə ruh əkizi sayılır. İnsan özünə aid olanı necə qopara bilər? Özünə necə xəyanət edə bilər? Axı, bütöv sayılır bu iki nəfər. Acizliyimə kənardan baxıb gülmə, get, dönmə geri! Mən özümü sənə vermişəm. Bu mənim acizliyimdir?! Mən sənə güvənmişəm. Əgər sən o güvəni doğrultmursansa, bu sənin mərhəmətsizliyin və qeyri-insaniliyindir. Mənim üçün bu eyib deyil!"
Qeyd edək ki, Gövhər Həsənzadənin bir övladı var.