28 May 2022 23:24
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli aparıcı Fulya Öztürk toy mərasiminə qatılıb.

Teleqraf.com xəbər verir ki, aparıcı Lalə Azərtaş toy mərasimindən Fulya Öztürk ilə foto paylaşıb.

"Fulya Öztürk dedi ki, Laləm, heç vaxt Azərbaycanda toy mərasimində olmamışam. Dərhal dedim ki, o zaman getdik, bizim Nurlanla Ayselin toy günüdür. Dostlar, xoşbəxt olun", - qeyd edib.

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qurur.

Qeyd edək ki, Fulya Öztürk FOX TV-nin "Umudun olsun" verilişinin aparıcısıdır.


Müəllif: Rəqsanə Həsənova