2 İyun 2022 12:15
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Location” gecə klubunda xəsarət alan bloger Aysel Şükürova polisə müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda o, İnstaqram hesabında məlumat verib:

"Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir xəstəxanada müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var. Heç kimin pulunu vermirlər.

Yalandan mənə dedilər ki, 15 gün möhlət verin, artıq bir ay keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar. İki telefonum yanğın zamanı yanıb, eyni zamanda bədənim. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər".


Müəllif: Rəqsanə Həsənova