4 İyun 2022 18:15
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə (Adıgözəlzadə) və Samirə Əfəndi modelyer Rüfər İsmayılın Heydər Əliyev Mərkəzində baş tutan dəfiləsində bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, Samirə Əfəndi görüntünü İnstaqram hesabında paylaşıb.

O, Aysel Teymurzadənin ünvanına "Sizi sevirəm. Azərbaycanda, dünyada tarix yazan...", - deyə vurğulayıb.

Qeyd edək ki, Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə evlidir. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova