10 İyun 2022 17:42
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kamilə Babayeva it dişləməsi haqda danışıb.

Teleqraf.com xəbər verir ki, Kamilə Babayeva İnstaqramda hekayə bölümündə video paylaşaraq məsələyə aydınlıq gətirib.

"Təbiətsevər və heyvansevər insanam. Küçə heyvanları üstümə hücum çəkməyiblər. Biz belə eşitdikcə və duyduqca onlara qarşı haqsız və aqressiv davranmağa başlayırıq. Doğrudur, bəzi hallar olur ki, itlər insanlara hücum edirlər, amma heyvan əgər quduzdursa, istər ev, istər də küçə heyvanı olsun, onu cəmiyyətdən tədric etmək lazımdır. Media nümayəndələri ilə ünsiyyət saxlaya bilmədiyimə görə vəziyyət belə bir formaya gəldi. Dostumun evində idim, bağlarında olan balaca bir it məni dişlədi".

Qeyd edək ki, Kamilə Babayevaya itlərin hücum etdiyi və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi haqda xəbər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova