12 İyun 2022 17:42
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cennifer Lopez 2020-ci ildə “ABŞ-ın ən böyük idman təşkilatlarından biri olan Amerika Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan "Super Bowl"da həmkarı Şakira ilə səhnəni bölüşdüyünə görə peşman olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müğənni həmin hadisəni dünyanın ən pis ideyası adlandırıb.

Cennifer Lopez "Super Bovl”da fasilə şousu üçün yalnız 6 dəqiqə vaxt ayrılmasının da yanlış olduğunu qeyd edib.

“Bu, təhqirdir. “Super Bovl”da iki müğənninin çıxış etməsi çox gülünc bir şeydir. Oxumağa vaxtımız olmalı idi” – deyə müğənni əlavə edib.


Müəllif: Aysel Azad