22 İyun 23:17
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

Müğənni Şəbnəm Tovuzlu MTV Azərbaycan televiziyasında yayımlanan "Tarixin bir günü" verilişində həmkarı Səidə Sultanın tənqidinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu Səidə Sultanın "Azərbaycan musiqisi zay gündədir" fikrinə belə reaksiya göstərib:

"Səidə Sultan dostumuzdur, onu çox istəyirəm. Bunu bir kənara qoyaq, amma bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Əminliklə deyə bilərik, istəsək onların da janrında oxuyarıq. Kütlə qarşısında, reytinqdə bir yerdə duraq, görək kim yüksəkdə olacaq!? Buna qalırsa, biz hər zaman yüksəkdəyik. Heç kimi küçümsəmək olmaz. Əgər mədəniyyət, əxlaq, insanlıq geyim və bəzi hərəkətlərlə ölçülürsə, mən hər zaman deyə bilərəm ki, geyimimdə əxlaqlı və gözəl geyinən insanlara örnək bir xanımam. İfam, tərzim, xanımlığım da öz yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil".



Şəbnəm Tovuzlu Röya Ayxanın jestinə də cavab verib: "Hər zaman Röya xanımın sənətinə və özünə xanım kimi hörmətim olub. Dedim ki, Röya xanıma 20 min də verərəm, gəlsin övladımın şad günündə mahnı oxusun. Onun cavabı da məni qane etdi. Açıqlamasında dedi ki, sənətdə olan xanımdırsa, ürəyim istəyərsə, qonaq kimi də oxuyaram. Ona çox sağ ol deyirəm. Əsl xanım o cür deməli idi".


Müəllif: Rəqsanə Həsənova