6 İyul 2022 15:32
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Rərgərli övladlığa götürdüyü aktyor Corc Qafarova mənzil hədiyyə edildiyi üçün sosial şəbəkədə tənqid edilməsinə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli Corc Qafarovun müdafiəsinə qalxıb.

"Axşamdan bəri bütün sosial şəbəkələr bir-birinə dəyib. Hamı təbrik yazır, təbrikin içində hərəsi bir söz yazır. Ağzı göyçəklər bir forma danışırlar. İnsanı elədiyi yaxşılığa görə peşman elətdirməyin. Mən uşaqları övladlığa götürmüşəm, böyütmüşəm, təhsil və hərbi xidməti və sair hər şey yerindədir. Bir ana borcu kimi etmişəm. Amma məndən öncə bu uşaqlardan imtina olunan zaman dövlətin himayəsində olublar. Azərbaycan vətəndaşları olduğu üçün dövlətin övladları olublar. Mən sonradan onları övladlığa götürmüşəm. Ona görə də dövlət hər bir azərbaycanlının arxasında necə durubsa, öz övladlarının da arxasında elə durub, evlə təmin edib. Burada pis nə var?!"

Sevinin ki, iki valideynsiz uşağın da evi var. Bəli, mən valideyn kimi səslənə bilərəm ki, valideyn sevgisini verməyə çalışaram, təhsil, tərbiyəsini yerində verə bilərəm. Cəmiyyətə xuliqan yetişdirməmişəm ki. Cəmiyyətə normal üç uşaq yetişdirmişəm. Onlar iki qardaş qan bağı olduğuna görə, ikisini müzakirə edirsiniz. Əlimdən gələni etmişəm ki, cəmiyyətə normal övlad yetişsin. Siz bir siçanı əhliləşdirə bilmirsizsə, bu, sizin probleminizdir. Amma mənim övladlarım göz qabağındadırlar. Onlar məndən əvvəl 2 saylı uşaq evində böyüyəndə dövlətin himayəsində idilər. Dövlət onların qayğısını çəkirdi. Ona görə də artıq söz yazmayın. Allahdan rəhmət oxutdurun özünüzə. Kiminsə xoş anına sevinin. Yazardınız ki, ay bala, evində toy olsun! Allah xoş günlər nəsib etsin! Onsuz da mən sosiallaşmağın tərəfdarı deyildim. Kiçik oğlum Jerara ev keçən il verilib. Amma cavandırlar, sevincdən dövlətimizə təşəkkür ediblər. Bunu niyə bu qədər şişirdirsiniz? Get-gedə bu cəmiyyətdən, insanlardan insan iyrənir".

Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerar Qafarova Sosial Xidmətlər Agentliyi tərəfindən ev verilib.


Müəllif: Rəqsanə Həsənova