7 İyul 2022 16:34
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov "Kuruluş Osman" serialının yeni mövsümündə çəkilib-çəkilməyəcəyinə aydınlıq gətirib.

Zabit Səmədov Teleqraf.com-a eksklüziv açıqlamasında hazırda sentyabrın 10-da Bakıda baş tutacaq döyüşünə hazırlaşdığını deyib.

"Kuruluş Osman" serialında Gəncəbəy obrazına həyat verən Zabit Səmədov "Yeni mövsümdə "Kuruluş Osman"a çəkiləcəksinizmi" sualını belə cavablandırıb: "Yeni mövsümdə "Kuruluş Osman"a çəkiləcəyimi dəqiq bilmirəm. Başqa bir filmdən də təklif var. Onunla bağlı qərarımı verəcəm".

O, "Kuruluş Osman" serialının yeni mövsümdə Şuşada çəkiləcəyi barədə yayılan xəbərlərin əsasının olmadığını da vurğulayıb.

Qeyd edək ki, Zabit Səmədov sentyabrın 10-da Milli Gimnastika Arenasında braziliyalı kikboksçu Antonio Silva ilə döyüşəcək.


Müəllif: Rəqsanə Həsənova