7 Dekabr 2022 12:37
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zeynəb Xanlarova uzun aradan sonra görüntülənib.

Teleqraf.com xəbər verir ki, stilist Rəşad Əliyev İnstaqram səhifəsində xalq artisti ilə fotosunu paylaşaraq bu sözləri yazıb:

"İnsan sevdiklərini vəsf edə bilmir, ancaq dünən, bu gün və sabah da tarixin əfsanəsini necə vəsf etməyim? SSRİ xalq artisti, dünya şöhrətli, dünyanın Zeynəbi. Dünya da Zeynəbi çox sevir, bu, gerçəkdir. Uşaqlığımı onunla xatırlayıram. Gəncliyimin, bu günümün yeganə real varlığıdır. Düşünürəm ki, o, həyatımda olmasa, mən də yalan olaram. Allah sizə can sağlığı versin. Uzun müddətdən sonra canlı əfsanə Zeynəb Xanlarovanın yeni rəsmi. Mən xoşbəxt insanam".


Müəllif: Rəqsanə Həsənova