13 Dekabr 2022 14:12
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən xalq artisti Aftandil İsrafilov reanimasiyadan çıxıb.

Bu haqda Teleqraf.com-a xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib: "Çox şükür, səhhəti yavaş-yavaş düzəlir. Reanimasiya şöbəsindən palataya köçürülüb. Müalicələri davam edir, asta-asta danışır. Hələ ki, çoxlu yatır".

Qeyd edək ki, Aftandil İsrafilovun 81 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər