6 May 2023 16:48
4 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Amerikada yaşamırıq. Sadəcə cəmiyyət belə bilir. Ailəlikcə Bakıda yaşayırıq. Atam bir müddət Bakıda olmayıb, iki-üç ildir ki, buraya gəlib".

Bu sözləri Teleqraf.com-a xalq artisti Siyavuş Aslanın nəvəsi, Məhəmməd Aslan əmisi Çingiz Aslanın ölümündən danışarkən deyib:

"Əmimlə əlaqəmiz kəsilmişdi, bunu özü etdi. Ona dəstək olmağa çalışırdıq. Əlimizdə maddi imkan yox idi. Maddi imkanımız olsaydı, kömək edərdik. Küçələrdə yaşayırdı. Mən əmimi görmək istəyirdim, amma tapa bilmirdim. Sonuncu dəfə onu 17 yaşımda sığınacaqda ziyarət etmişdim. Pulu yox idi, yemək, siqaret alıb aparırdım. Kömək edirdim, oturub dərdləşirdik. Onun övladları ilə əlaqəm yoxdur. Atamın pulu olmadığına görə, kömək edə bilmədi. Ona görə peşmandır".

Qeyd edək ki, Çingiz Aslan bu gün Yasamal qəbiristanlığında dəfn edilib.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər