25 May 2023 18:14
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda məşhur aparıcı Zaur Kamalın yol hərəkəti qaydalarını pozduğu haqqında xəbər yayılıb.

Zaur Kamal Teleqraf.com-a açıqlamasında həmin görüntülərin yeni olmadığını açıqlayıb: "Görüntülər çoxdanındır. Hadisə bir il əvvəl baş verib".

Qeyd edək ki, Avtosfer.az saytında Zaur Kamalın mayın 24-də idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı "Porsche" markalı avtomobillə Hüseyn Cavid parkının (Vergilər Nazirliyinin) qarşısında ikinci cərgədə dayanaraq yolu zəbt etdiyi və dayanma-durma qaydasını pozduğu qeyd edilib.


Müəllif: Rəqsanə Həsənova