Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan ATV-də yayımlanan “Bizimləsən” verilişinə çıxıb.
Teleqraf.com xəbər verir ki, Elza Seyidcahanının anası Seyidcahan Əhmədova canlı yayıma qoşularaq Lalə Seyidcahanı sərt şəkildə tənqid edib:
“Verilişə çıxaraq özünü meymun gününə qoyur ki, cavab verəcək, “Mən Elzanı doğmamışam, amma daim yanında olmuşam və s",-deyir. Sən Elza üçün nə etmisən? Elzanı oxutdurmusan, çörəyini almısan, balasını saxlamısan? Yanında getmisən, pulunu verib. Utanmaz! Bunların heç biri dərdimdən xəbərdar deyil, Elzadan başqa. O mənə də, qohumlara da kömək edir. Bu, utanmır? Sən Elzadan nə istəyirsən? Sənin nə haqqın var! Sənə üç təhsil vermişəm, ev almışam, ev tikmisən, get balalarını evləndir. Bizdən nə istəyirsiniz? Sizi biabır olasınız. İndi Zaur Baxşəliyev sənin dərdini çəksin?”.
Qeyd edək ki, Lalə Seyidcahan yaxın günlərdə yeddi-səkkiz ildir Elza Seyidcahan ilə küsülü olduğunu və onun üzərində çox əziyyət çəkdiyini deyib.