Əməkdar artist Aybəniz Haşımova ötən gün Gəncədən Bakıya xəstəxanaya gətirilən bacısı, xalq artisti Şahnaz Haşımovanın səhhətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Aybəniz Haşımova Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Şahnaz Haşımovanın səhhətinin yaxşı olduğunu bildirib.
O, sosial media hesabında xəstəxanadan bacısının fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Artıq Şahnaz xanım özünü yaxşı hiss etməyə başlayıb. Bir daha hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, Şahnaz Haşımova bir neçə gün öncə beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilmişdi. Xalq artisti daha sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.