"Nənəmin səhhəti yavaş-yavaş düzəlir".
Bu barədə Teleqraf.com-a açıqlamasında xəstəxanaya yerləşdirilən xalq artisti Şahnaz Haşımovanın nəvəsi Eldar Haşımov deyib.
"Hələ ki, Rəşad Mahmudov xəstəxanadan çıxmasına icazə vermir. Ürəyində problem var, koronar anqioqrafiya (anju) olunacaq. Şəkər və təzyiqi isə normaldır", - o söyləyib.
Qeyd edək ki, Şahnaz Haşımova bir neçə gün öncə beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilmişdi.
Xalq artisti daha sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.