11 Yanvar 2015 15:01
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Ancelina Coli ötən il aktyor Bred Pittlə Fransada sahibi olduqları Mirval qalasında etdikləri evliliyin arxa planını danışıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Fransadakı mərasimdən daha əvvəl ABŞ-da evləndiklərini bildirib.O, dünyanın maraqla izlədiyi toy zamanı onsuz da evli olduqlarını söyləyib.

İtalyan “IO Donna” jurnalına açıqlama verən Coli Bred Pittlə əslində Kaliforniyada evləndiklərini söyləyərək "Biz amerikalılar onsuz da qanuni olaraq Fransada evlənə bilmərik. Ona görə evlilik şəhadətnaməsini ABŞ-da aldıq, imzaları öz ölkəmizdə atdıq" deyib.

Xatırladaq ki, cütlüyün Fransadakı evlilik mərasimi 2014-cü ilin avqustunun 23-də baş tutub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər