26 Avqust 2023 23:49
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Nebahat Çehre açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Nebahat Çehre layihələrdə seçici olduğunu və zəif obrazları canlandırmaq istəmədiyini bildirib.

“Aşk-ı Memnu” serialında Firdevs obrazına həyat verən aktrisa bu sözləri deyib:

“Bu serial çox uğurlu və gözəl bir iş idi. Hələ də çox yaxşı reaksiyalar gəlir. Küçədə gənclər mənə Firdevs xanım deyərək şəkil çəkdirirlər. Düşünürəm ki, bu mənim son layihəm olacaq, çünki hələ də yaxşı ssenari ilə rastlaşmamışam. "Haziran Gecesi", "Aşk-ı Memnu", "Muhteşem Yüzyıl" çox gözəl əsərlərdir. Bu işlərdən sonra aşağı səviyyəli iş görmək istəmirəm, heç olmasa onlara yaxın olmalıdır. Məsələn, "Aşk-ı Memnu" serialı 14 ildir ki, çəkilib, amma oradakı Firdevs obrazı hələ də güclü qadındır. İndi niyə adi bir qadın obrazını oynamalıyam? Pul qazanmaq istəyirəmsə, bunu etməliyəm. Amma pul hər şey deyil. Bunu pul üçün etdim demək istəmirəm. İnsanlara "Nebahat Çehre bu sənə yaraşmadı" fikrini dedizdirmək istəmirəm".


Müəllif: Rəqsanə Həsənova