28 Avqust 2023 16:46
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Kamal yeni mövsümdə fəaliyyətinə ARB televiziyasında davam edəcək.

Bu haqda Teleqraf.com-a Zaur Kamalın özü məlumat verib: "Yeni televiziya mövsümündə ARB televiziyasında "Həmin Zaur" verilişi ilə davam edəcəyik. Hazırda verilişin dekoru hazırlanır".

"Sizi Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov kanalına dəvət etdimi?" sualına isə "Murad Dadaşovla belə bir görüşümüz baş tutdu və iş təklifi oldu. Amma ARB-də davam edəcəyimi bildirdim",-deyə cavab verib.

Qeyd edək ki, aparıcı Xəzər TV-də "Ay Zaur", "5/5" verilişlərinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova