Həbsxanada olan meyxanaçı Rəşad Dağlının özəl məktəblərin birində təhsil alan övladlarının təhsilhaqları ödənilib.
Teleqraf.com xəbər verir ki, bu haqda meyxanaçının oğlu Yusif sosial media hesanında məlumat verib.
O, bacısı Betülün və özünün təhsilhaqqının tanımadığı şəxs tərəfindən ödənildiyini vurğulayıb: "Çox adam bizim təhsilhaqqımızı soruşur. Tanımadığımız şəxs bizim pulumuzu ödəyib. Ailəmiz adından anonim adama təşəkkür edirik".
Qeyd edək ki, qonşusu İsgəndər Mehdiyevi öldürən Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.