22 Noyabr 2023 18:13
26 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı sosial şəbəkədə bu sözləri yazıb: "Qadın Allahın əmanətidir. Ona vaxt ayırın, qadın olduğunu hiss etdirin. Sevin, dəyər verin, ağlatmayın, alçaltmayın. Sevgi qayğıdan doğar. Diqqət, sevgi pullu deyil. Bu gün bir tanış imkanlı ailənin dağıldığını eşitdim, çox məyus oldum. Günaya danışdım, o da şoka düşdü. Evləri, maşınları, villaları var, amma nə olsun, nəyi xilas elədi o milyonlar? Əksinə dağıtdı. Bir daha əmin oldum ki, dəyər olmayan yerdə milyonun da dəyəri yoxdur".

Aparıcı Günay Baxşəliyevanın səhhətində problem olduğunu da bildirib: "Günaya görə narahat olub yazan hər kəsə təşəkkür edirik. Şükür, indi yaxşıdır. Allah heç bir qadını xəstə eləməsin".

Qeyd edək ki, cütllüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər