24 Noyabr 2023 13:45
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov "Yutub" kanallarının birində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, Tahir İmanov bu sözləri deyib: "Xalq artistlərinin əksəriyyəti fonoqram oxuyur. Anam 35 il musiqi dərsi verib, şokdayıq. Görün, toylarda o zamanlar kimlər oxuyarmış. Hamısı şəxsiyyətdir. Akif İslamzadə toylarda nömrə bir idi. Rəhmətlik Hüseynağa Hədiyev... Sonra xalq artisti Brilliant Dadaşova gəldi.

Əvvəllər televiziyada təbliğ olunan müğənnilər toylarda da çıxış edirdilər. Görün indi televiziya hansı müğənnilərin təbliğini aparır. Azərbaycan mədəniyyətinə yaxından bələd olmasaydım, məndə belə bir hiss yaranardı ki, bu xalqın Rəşid Behbudovu, Şövkət Ələkbərovası olmayıb. Lütfiyar İmanov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yoxmuş.

Nə üçün Rəşid Behbudovu yalnız vəfatında və doğum günündə xatırlayırıq? Xalq mahnılarımızı, Cahangir Cahangirov kimi böyük bəstəkarlarımızın yazdığı şedevr əsərləri nəzərdə tuturam. Bəstəkar Tofiq Quliyevin repertuarını götürsəniz, bütün toyu idarə etmək kifayətdir.

Niyə bizim xalq və əməkdar artistlərimiz Azərbaycan mədəniyyətinə heç bir aidiyyəti olmayan insanların repertuarından musiqilər səsləndirirlər? Budur, televiziyamızın təbliğ etdiyi mədəniyyət... Niyə məşhur bəstəkarların repertuarlarına müraciət etmirsiniz? Bütün bunları görmək və eşitmək çox məyusedicidir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər