28 Noyabr 2023 17:45
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalını məhkəməyə verən xalq yazıçısı Çingiz Abdullayev paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Çingiz Abdullayev sosial media hesabında bu sözləri yazıb: "ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi.

Başqa bir şəhidimiz - ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı, mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!"

Qeyd edək ki, ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər