4 Dekabr 2023 13:20
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günə qədər kimsənin haqqına girməmişəm. Əksinə hər zaman mənim haqqıma girilib. Üzülməmişəm, çünki Allaha sığınmışam".

Teleqraf.com xəbər verir ki, bu sözlər aparıcı Xoşqədəm Hidayətqızı bildirib: "Məsələ nə olursa-olsun, yaşatdığın kədər və aldığın ah bir şüşə parçasından daha kəskindir. Dönüb dolaşıb üzərinə basırsan. Kimə nə etsən, bir gün eynisini yaşayırsan. Bəzən kiçik bir əməl insanı sultan edər. Kiçik bir ah da insanı yerlə-bir edər".

Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla boşanma xəbərlərinə də reaksiya göstərib:

"Boşanma xəbərimiz yayıldı. Allah heç bir ailəyə ayrılıq qismət etməsin, uşaqlar var. Amma oturub düşündüm ki, boşanan təkcə mən idim? Heç bir xanım istəməz ki, yuvası dağılısın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər