7 Dekabr 2023 16:25
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Xəzər televiziyasında keçmiş həyat yoldaşı Canana Həmidovanın iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, Kərim oğlu Tuncayın evə buraxılmaması iddialarını yalanlayıb: “Ailə qurmuşam, təzə oğlum dünyaya gəlib. İstəyirəm ki, yeni doğulan körpəm 3 övladımla sıx və mehriban münasibətdə olsun. Mənim də ögey qardaşım var, biz onunla çox mehribanıq. Dörd uşaq, həyat yoldaşım, ev, məktəb, təhsil problemi - çatdıra bilmirəm.

Uşaqlarımın anası isə nə edir? Bütün günü özünü reklamla məşğuldur. Utanmır, 14 yaşlı oğlunu çəkib videosunu yayır. Mənim yoxluğumdan istifadə edib, evdən çıxan kimi gəlib bu hərəkəti edib. Həyat yoldaşım zəng etdi ki, Canan gəlib, deyir, qapını açın. Hələ Tuncay məktəbdən gəlməmişdi. Birinci o gəlib ki, qapını açın.

Mətanət İsgəndərlinin evində qalanda yarım saat, ir saat əvvəldən zəng vururdun ki, uşaqlar hazırlaşsın, gəlirəm. Ədəb-ərkanla uşaqları aparırdın. İndi nə oldu? Mən təzə evə köçmüşəm, sənin gözün götürmür?

Mən gələnə qədər Tuncay dərsdən gələr və anası da video çəkər. Xalam da deyib ki, Tuncay, ananı yola sal, evə gəl. Mənim xanımım onu görmək məcburiyyətində deyil. Hansı qadın ona dözər? O gözləyir ki, qapı açılsın, əlində kamera çəksin. Niyə mənim həyat yoldaşımı çəkib sosial şəbəkədə yaymalısan? Bəlkə mən xoşlamıram? Uşaq qapıda beş dəqiqə gözləyib. Mən evə gələndə o yox idi, getmişdi. Yalandan deyir ki, oğlumla əlbəyaxa olmuşam. Tuncaya əsəbiləşdim ki, yekə oğlansan, qapını təpiklə vurmaq nədir? Bura atanın, sənin evindir. Belə mədəniyyət görmüsən?

Məlum olub ki, o, anasının videoya çəkdiyinə görə əsəbiləşib. Anasına qışqıraraq deyib ki, çəkmə, buradan get. Çalışacam ki, uşaqları ondan uzaq tutum. Buna məcburam".

Qeyd edək ki, keçmiş cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər