Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova haqqındakı iddialara cavab verib.
Teleqraf.com xəbər verir ki, Canana Həmidova sosial media hesabında bu sözləri yazıb:
"İnsan yalana görə atasının goruna lənət oxutdura bilərmiş. Atana mən nəzarət edirdim, evdə tək qoyub getmişdin. Biz 14-cü, onlar isə aşağı mərtəbədə qalırdı. Aşağı düşüb xəstə kişinin yeməyini verirdim. Qapını açmırdı, içki içirdi, mən görməyim deyə şüşəsini gizlədirdi. Deyirdim, sizi içki öldürəcək, ürəyinizə aparat yerləşdiriblər, yazıqsınız.
Mətanət İsgəndərli, bu yalanlarla özünü cəhənnəmdə alovlandırmağa apardın. Məni çox danışdırma, yoxsa bütün olanları açıb ortaya qoyaram. Sizin yalanlarınızdan iyrənirəm. Anamın arxasınca yalanlar danışdın. Onu ruhu səni tutsun. Məni xəstə oğlunla evləndirdin ki, onun başını qatım. Bu da mənim Allah yolunda etdiyim yaxşılıq idi.
Oğlun bütün günü ağlayırdı ki, sizin ailədə isti ocaq, hörmət gördüm. Uşağını başından eləmək üçün bizə yalvardın ki, Moskvaya aparın. Sən kim idin ki, fanatın olum? Mən Rusiyada yaşayırdım, azərbaycanlı müğənnilərdən də heç kimi tanımırdım.
Səni Allahın məhkəməsinə tapşırmışam və cəzan çox böyük olacaq. Bir ananın ahı yerdə qalmayacaq. Mən heç kimdən qorxmuram, balalarım üçün mübarizə aparan anayam. Məni heç kim yıxa bilməz. Hər dediyin şər-böhtandan üzü ağ çıxmağa hazıram".
Qeyd edək ki, Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində keçmiş gəlini haqqında bu sözləri deyib: "Canana bizdən ona düşən vəsaiti alıb. Evlilik dövrlərində həyat yoldaşı nə alıbsa, ondan ona pay verilib. Onun gözü mənim evimdədir. Kaş beş evim olaydı, birini uşaqlara qurban edərdim. Onun dərdi ev deyil. Dövlətin qanunlarına inanıram. Araşdırsınlar ki, bunun arxasında kim durur. O, sabah uşağı oğurlatdırıb, məndən pul istəyər. Hüquq-mühafizə orqanları, bizə yardım edin. Həyatımız təhlükədədir, Canana bizə yaşamağa imkan vermir".