9 Dekabr 2023 18:31
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində keçmiş gəlini Canana Həmidovanın iddialarına cavab verib.

Teleqraf.com xəbər verir ki, Mətanət İsgəndərli bu sözləri deyib:

"Neçə ildir ki, içim qan ağlayır. Balalarım üçün ayaqda qalmağa çalışıram. Hamımız balalarımız üçün yaşayırıq. Əsl insan balasından söhbət gedir. O qədər balasını atan var ki...Bu yaşıma qədər nələr gördüm. Deyirəm ki, bu da bu dünyada imtahanımdır".

Əməkdar artist aparıcının "Neçə gündür ki, təzə gəlininizin Tuncayı evə buraxmaması müzakirə olunur" sualına "Özüm də şokdayam. Həmin gün evdə olmamışam. Videonu gördüm şok oldum. Neçə gündür ki, onun narahatlığını yaşayırıq. Nə mən, nə oğlum, nə uşaqlar, nə də gəlin gecələrmə yatmırıq", - deyə cavab verib.

Qeyd edək ki, Canana Həmidova sosial media hesabında oğlu Tuncayın videosunu paylaşaraq ögey anası tərəfindən evə buraxılmadığını bildirmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər