Əməkdar artisti Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova (Kərimova Aynur) “Tarixin bir günü” verilişində haqqındakı iddialara cavab verib.
Teleqraf.com xəbər verir ki, Canana Həmidova bu sözləri deyib:
"Mətanət xanım təzə gəlinini Tuncaya qapını açmamasına görə danlayıb. Mən balalarım üçün mübarizə aparıram. Qadınlar yazırlar ki, sən ana deyilsən. Onlara demək istəyirəm ki, sona qədər balalarım üçün mübarizə aparacam. Heç kim qarşımı ala bilməyəcək. Uşaqlarımın haqqı nədir, versinlər, şəraitləri olsun. Analar yazırlar ki, süpürgəçi ol, niyə uşaqlarıma zülm verməliyəm. Övladlarım Mətanət İsgəndərlinin nəvələridirlər. Biri var, kasıb ailədə dünyaya gəlsinlər, şərait də var, ev də. Nəyə görə mən və balalarım əziyyət çəkməliyik?"
Daha sonra Tarix (Tolik) Əliyev narkotik aludəçisi iddia edilən Canana Həmidovanın analizinin cavabını açıqlayıb.
O, Canana Həmidovanın analizinin neqativ çıxdığını vurğulayıb.