“Avroviziya 2012” qalibimiz Nigar Camal “Peşmanam” adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, müəllifi Zamiq Əliyev (Yap10) olan mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb.
Nigar klipdə bir neçə retro obrazı canlandırıb. Yaşadığı eşqdən peşman olan qadını canlandıran sənətçi layihədə “Gün keçdi” filminə vurğu edib. Eyni zamanda bir neçə retro tərzdə kamera qarşısına keçib. O, ekran işinin sonuncu səhnəsində anasının 1976-cı ildə geyindiyi nişan libasından istifadə edib.
Klipdə xalq artisti Faiq Ağayev onun sevgilisi obrazına həyat verib. Sənətçi ilk dəfə başqa bir həmkarının layihəsində yer alıb.
Nigarın obrazları üzərində stilist Vəfa İsazadə çalışıb.