Əməkdar artist Mehriban Xanlarova bibisi, xalq artisti Zeynəb Xanlarovanın ona dəstək olmamasından danışıb.
Teleqraf.com xəbər verir ki, Mehriban Xanlarova “Qapqara” verilişində Kamran Ağabalayevin “Hər bir sahədə hər kəsin bir “dayı”sı olmalıdır. Bunu görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə dəstək olmadı” repikasına belə cavab verib:
“İlk sözümü qısa və konkret sənə deyəcəm. Kamran, illərdir bu sənətdəsən, sənin “day-dayın” var? Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman “day-daya” nə ehtiyacımız?!”