Aparıcı Hacı Nuran xalq artisti Zeynəb Xanlarova ilə bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, Hacı Nuran İnstaqram hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.
"Adı bütün dünyaya tanış olan sənətkar... Onu təkcə ölkəmizdə deyil, bütün dünyada tanıyırlar.
Zeynəb Xanlarova bir brenddir. Bu gün o canlı əfsanə ilə görüşdüm. Həmişə səmimi və mehriban xarakteri ilə sevilib. Zeynəb xanım bütün dövrlərdə olduğu kimi bu gün də sevilir, hörmət edilir. Sənətin kraliçası, canlı əfsanəsi, yaxşı ki varsız", - deyə o, qeyd edib.