24 Fevral 22:17
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Sevinc Əliyeva keçmiş həyat yoldaşı, rejissor Fuad Əlişovla münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, aktrisa MTV Azərbaycan kanalında bu sözləri deyib:

"Böyük övladımın 13 yaşı var. Altı il, uşaqlarım məktəbə gedənə qədər sənətdən uzaq qaldım. Uşaqlarımın atası ilə dost yox, amma valideyn olaraq bir-birimizə hörmət bəsləyirik. Uşaqlar da bunu görürlər. Elə də olmalıdır. Uşaqlarla bağlı hər hansı problem olanda Fuada zəng edirəm. Mənimlə bərabər uşaqların tərbiyəsi ilə məşğuldur. Onunla doqquz il evli qaldıq. Ətrafımızda ailələr var, qırğın, dava, məhkəmə qapıları...Burdan bütün ailələrə səslənirəm, bir-birinizdən əvəz çıxmaq istəyirsinizsə, uşaqlardan istifadə etməyin. Sizin davanız bir gün bitəcək, amma uşaqların psixologiyasını pozmayın. O uşaqlar 20-25 yaşlarında psixoloqların əlində qalacaqlar. Etməyin...".

Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla evli olub. Cütlüyün üç övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər