28 Fevral 17:15
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva "Xəbərin var?" verilişində dəbdəbəli bağ evi tikdirməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, aktrisa evin əziyyətlə başa gəldiyini deyib: “Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedib böyük bir məbləğ verim, o evi hazır alım, yox. Nə yalan deyim, mənim o gücüm olmayıb. Əvvəlcə torpaq sahəsini almışam. Sonra hissə-hissə, yavaş-yavaş 3-4 il ərzində ev ərsəyə gəlib. Sadəcə bunu faş etməmişəm. Bu, bir az da görməmişlikdir.

Bəzi müğənnilərimiz, aktrisalarımız kimi çıxıb deyim ki, baxın, mən bağ evi almışam. Bu kimi şeyləri sevmirəm. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha çox olmasın”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər