29 Fevral 00:13
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün aparıcı Alidə Mustafayevanın Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla məkanların birində toy mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, toy mərasimində aparıcılar Tural Əsədov, Samirə Mustafayeva, Ceyhun Əli, Turanə Hüseyn, Lalə Azərtaş, Nigar Mahmudova, İlkin Həsəni, əməkdar artist Nailə İslamzadə, müğənnilər Günay İbrahimli, Elçin Cəfərov, aktyor Elşən Orucov, Nicat Rəhimov və bir çox məşhurlar iştirak ediblər.

Məclisin aparıcılığı Zümrüd Bədəlovaya həvalə edilib.

Toy mərasimindən gəlinlə, bəyin görüntüsünün yayımlanmasına qadağa qoyulub.


Müəllif: Rəqsanə Həsənova