29 Fevral 12:04
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Ebru Gündəş haqqında yeni iddia ortaya atılıb.

Teleqraf.com xəbər verir ki, iş adamı Murad Özdemirlə ailə quran Ebru Gündəşin hamilə olduğu iddia edilib.

Tayyar Işıksaçan "Haberet" yutub kanalında bu sözləri deyib: "Ebrunun bu qədər erkən evliliyi dostlarını təəccübləndirdi. Onun Ramazan bayramından sonra evlənəcəyini gözləyirdik. Aldığım məlumata görə, evliliyin bu qədər ani olmasının səbəbi Ebru Gündeşin hamilə qalması olub. Ebrunun toy mərasimində iştirak edən bilməyən dostlarından biri dedi ki, "uşaq üçün bu qədər tez evlənməyə nə ehtiyac var?"

Qeyd edək ki, cütlük Dubay Baş Konsulluğunda evlənib. Murad Özdemir Ebru Gündeşdən 12 yaş kiçikdir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər