4 Mart 17:46
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəlli bir yaşa çatandan sonra sənətdən uzaqlaşacam. 40-45 yaşımdan sonra səhnədə və məclisdə olmaq istəmirəm. O yaşda başqa bir sahədə fəaliyyət göstərmək istəyirəm. Maddi problemlərə görə biznesim uğurlu olmadı. Şirkət sahibi olmaq istəyirəm və çalışıram ki, onu həyata keçirim”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nəfəs MTV Azərbaycan kanalında deyib.

İfaçı Vəfa Şərifova və Zeynəb Həsəni arasında yaşanan problemdən danışıb: “Vəfa və Zeynəb arasında elə böyük problem olmayıb. Həmişə özümüzə deyil, ətrafdakı insanların fikrinə dəyər vermişik. Düşünürəm ki, Vəfa və Zeynəb bunların öhdəsindən gələr. Heç olmasa ən azından mənim xətrimə bir-birinə “salam” verərlər”.

Daha sonra Nəfəs həmkarlarını barışdırmağa cəhd etsə də Vəfa Şərifova telefonu söndürüb.

Vəfanın bu addımı isə Nəfəsə psi təsir edib: “Vəfanın telefonu söndürməsi mənə bir az pis təsir etdi. Zeynəblə ona görə barışmışam. Ona mənim xətrim üçün nəsə desən edərdi. Vəfanı dünən görmüşəm, bu gün isə… Qarşındakı necə olur-olsun öz xarakterinə uyğun davranırsan. Amma Vəfa "mənim xətrimə kiminləsə barış" desəydi edərdim”.


Müəllif: Teleqraf.com