6 Mart 12:30
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında yenidən qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova İnstaqramda hekayə bölümündə video paylaşaraq ad çəkmədən Şəbnəm Tovuzlunun ünvanına bu sözləri deyib:

“Bu qadın heç cür məndən əl çəkmir. Mehribanlıq yaratsam da, dalaşsam da əl çəkmir. Hər dəfə mənə qarşı elə bir addım atır, çalışır ki, öz aləmində nəsə etsin, məni pis çıxarsın. Sən 10 milyon insanın içində necə yalan danışa bilirsən və yalan danışdığın halda məni yalançı çıxarmaq istəyirsən? Anlamıram, nəyin ədavətini aparır.

Sizin daxilinizdəki mənə qarşı bitməyən, tükənməyən bu kin nədir axı? Hardan və niyə yaranıb? Yalan-yalan sözləri montaj edib fanatlarınıza paylaşanda nə olacaq? Səbəbini öz beynimdə nə qədər fikirləşirəm, tapa bilmirəm. Bəsdirin! Bitsin söz-söhbətlər!”

Daha sonra Şəbnəm Tovuzlu şəxsi İnstaqram hesabında video paylaşaraq Vəfa Şərifovaya cavab verib: “Vəfa, sən ad çəkməsən də mən ad çəkirəm. Mənim sözüm sənədir. Özünü ağıllı sayırsan?! Buradan səslənirəm, ay Elcan Rəsulov və prodüserləri, siz nə vaxt onunla bağlı mənə zəng etmisiniz? Deyirsən, guya ki, mənə zəng edib deyiblər. Mən də deyirəm, mənə heç kim zəng etməyib".


Müəllif: Teleqraf.com