6 Mart 18:13
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasındakı qalmaqal davam edib.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova İnstaqramda hekayə bölümündə Şəbnəm Tovuzlunun ünvanına xoşagəlməz sözlər yazıb: "Daha bəsdir, bu qədər reklam... Dəyərli, "qocaman" sənətçimiz. İllərdir mahnın tutmur, reklamın da yox idi. Ödənişli paylaşımlarından başqa. Sayəmdə yenə reklam olundun. Videoları montaj etdirəndə utanmadın, amma zil oxuyanda mənim pərt olacağımı düşündün? Bu, hansı sifətindir? Təklifim hələ də qüvvədədir. Gəl və dövranının getdiyini qəbullan".

Şəbnəm Tovuzlu isə İnstaqramda video paylaşaraq həmkarını sərt şəkildə tənqid edib: "Deyirsən ki, indi dövran mənimdir. Əslində, dövran heç vaxt sənin olmayıb. Həqiqətən sənə yazığım gəlir. Nə sənətin, nə danışıq qabiliyyətin var. Sən kiməsə reklam vermirsən, sən reklamlı insanlardan yapışırsan. Mənə təklif edilən toylardan imtina edəndən sonra sənə deyilir. Getdiyin qiymət də bəllidir. Sadəcə səni efirdə pərt etmək istəmədim. Həddini aşma, özünü mələk kimi aparma. Tülkü sənin özünsən, tülkülük sənin üzündən yağır. Əslində, sənin heç bir mahnın tutmur.

Şəbnəmin hitləri bir ömür ona bəsdir. Hələ davamı da gəlir. Yerini, danışığını bil, elə etmə önünə keçim. O xəbislik, ilanlıq, şeytanlıq səndə varsa, heç vaxt adam olmayacaqsan".


Müəllif: Teleqraf.com